Terror hücumundan sonra İrandan sərt açıqlama: SƏUDİYYƏ VƏ ABŞ-ı HƏDƏLƏDİ

Baxış sayı:
2092

İranda “Əl Ahvaziyə” terror təşkilatı tərəfindən təşkil olunan terror hücumundan sonra xarici işlər naziri Cavad Zərif sərt bir açıqlama verib.
 
Sosial media hesabı Twitter-dən açıqlama verən Zərif, "Xarici bir ölkə tərəfindən təlim verilən, silahlandırılan və dəstəklənən terrorçular Ahvaza hücum edib. Ölənlər arasında uşaqlar və jurnalistlər də var. İran regional terror havadarları və ustaları ABŞ-ı bu cür hücumlardan məsul tutur. İranın, iranlıların həyatlarını müdafiə etmək üçün sürətli və qəti şəkildə cavab verəcək" deyə, hədələyib.
Müxalifət.az