Terror hazırlığında olan PKK-çı yaxalandı

Baxış sayı:
1864

Türkiyə təhlükəsizlik mənbələrindən alınan məlumata görə, ölkəyə qeyri-qanuni yollarla daxil olan bir terrorçunun Batmanda yüksək səviyyəli rəhbərlərə qarşı terror keçirməyə hazırlaşdığı məlumatı əsasında hərəkətə keçilib.
 
Terrorçunun, Kozluk rayonundan şəhər mərkəzinə doğru yolda saxlatdırdığı bir maşınla getdiyi xəbərini alan təhlükəsizlik əməkdaşları, Tuzlagözü kəndi yaxınlığında bu avtomobili dayandırıb. Maşında olan, yanında heç bir sənədi olmayan və şübhəli davranışlar nümayiş etdirən şəxsin üstündə axtarış aparılıb və bir tapança və əl bombası ələ keçirilib.
 
TERRORÇUBAŞI DURAN QALXANA YAXIN BİR TERRORÇU
 
Jandarm tərəfindən nəzarətə alınan şübhəlinin, "Rojhat" kod adlı Səid Elmin adlı terrorçu olduğu və şəhərdə yüksək səviyyəli rəhbərlərə qarşı sui-qəsd terror həyata keçirmək üçün ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyənləşdirilib. Terror təşkilatı PKK-nın rəhbərlərindən olan Duran Qalxana yaxın olduğu müəyyən olunub. Terrorçu ilə bağlı istintaq aparılır.
Müxalifət.az