Terror “Charlie Hebdo”ya milyonlar qazandırır

Jurnal hücumdan sonra 10 milyon avrodan çox qazanacaq

Fransanın “Charlie Hebdo” jurnalı redaksiya edilən hücumdan sonra 10 milyon avrodan artıq mənfəət əldə edəcək.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə “iTele” telekanalı xəbər verib.

Qeyd olunur ki, adıçəkilən məbləğə satışlardan, abunəçilikdən, ianə və ictimai dəstəkdən əldə olunan maliyyə vəsaitləri daxildir.