​Terror aktı planlaşdıran 6 İŞİD-çi saxlanıldı - İSTANBULDA ƏMƏLİYYAT

İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.
Muxalifet.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb./apa/