TERORÇULARA DƏSTƏK - Türkiyəyə qarşı 6 minlik ordu göndərilir

Baxış sayı:
8350

Türk ordusunun hücumları nəticəsində Afrində ağır itki verən terrorçulara Suriyanın digər ərazilərindən kömək göndəriləcək.
Bu barədə Suriya Demokratik Qüvvələrinin nümayəndəsi Ömər İdlibi danışıb.
“Afrini müdafiə etməyə məcburuq. İndiyə qədər 1700 döyüşçümüzü Afrinə göndərmək qərarı aldıq. Bizim isə 6 min döyüşçümüz var”, - İdlibi bildirib.
Qeyd edək ki, SDQ Afrinə dəstək üçün Deyr əz-Zordan 1700 terrorçunun döyüş bölgəsinə göndərilməsinə qərar vermişdi. Növbəti mərhələdə isə Rakkadakı terror ünsürlərinin də türk ordusunun qarşısının alınması üçün Afrinə göndərilməsi nəzərdə tutulur.