Telman İsmayılovun “Praqa-AST” şirkəti də MÜFLİS ELAN EDİLDİ

Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib. 
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib. 
Xatırladaq ki, “Praqa-AST”nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində “BM-Bank”ın müraciəti əsasında işə salmışdı. 
Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.