Telman İsmayılovun həbsi barədə qərar dəyişilmədi

Moskva Şəhər Məhkəməsi Rusiya paytaxtının Basmannı rayon məhkəməsinin Telman İsmayılovun qiyabi həbsi barədə qərarını dəyişməyərək, qüvvədə saxlayıb.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, iki qətl hadisəsinin təşkilatçılığında ittiham edilən azərbaycanlı uiş adamı barəsində həbs qərarı dəyişdirilməyib.
Xatırladaq ki, noyabrın 13-də T.İsmayılov beynəlxalq axtarışa verilib. Dünən onun Türkiyədən Fransaya qaçması barədə xəbər yayılmışdı.