TELMAN İSMAYILOVU HANSI ƏSASLA RUSİYAYA VERMƏYİBLƏR? - General Bastrıkin onun barəsində məruzə hazırlamağı tapşırdı

Baxış sayı:
580

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Monteneqronun iş adamı Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin səbəblərini öyrənməyi tapşırıb. Bu barədə idarənin rəsmi saytında məlumat yayılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin sədri İsmayılovun ekstradisiyasından imtina barədə məlumat əsasında beynəlxalq hüquq şöbəsinə Rusiya Xarici İşlər Nazirliyi ilə birlikdə ekstradisiyadan imtinanın əsaslarını ətraflı öyrənməyi və bu barədə məruzə hazırlamaq tapşırılıb", - məlumatda deyilir.

İş adamı Monteneqroda Rusiyanın axtarış qərarı ilə saxlanılıb. Oktyabrın 21 -də Monteneqro Ali Məhkəməsinin nümayəndəsi bildirib ki, idarəyə İsmayılovun ekstradisiyası üçün Rusiyadan müraciətlər daxil olub. Daha sonra Monteneqro Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Milan Knejeviç İsmayılovun ölkədə siyasi sığınacaq alması barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, İsmayılov 2017-ci ildə “iki sahibkarın qətlində onun əli olduğuna görə” beynəlxalq axtarışa verilib.