"Televiziyalar az qalıb ailələrin intim videosunu yayımlasın" - Rəşid Mahmudovdan ETİRAZ

"Onları efirə çıxarmaq olmaz. Az qalıb ailənin intim videolarını da efirdə yayımlayalar, ayıbdır!”
Muxalifet.az xəbər verir ki, bunu A24.az saytına açıqlamasında tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov ailə-məişət məsələlərinin televiziya proqramlarda müzakirə edilməsinə münasibət bildirərkən deyib. R.Mahmudov insanların proqramlara çıxarılaraq reytinq xatirinə linç edilməsinə kəskin etiraz edib: "Şou xarakterli belə verilişlər efirlərdən insanların həyatını məhv edir. Telekanallarımız Azərbaycan xalqının əleyhinə işləyir. Bunun qarşısını yalnız avtomatla almaq olar. İki kanladan başqa hamısında belə verilişlər var. Mən daima bu tip proqramlara öz etirazımı bildirmişəm, qınamışam belə telekanalları, aparıcıları. Xoşqədəmin verilişində ekspert kimi iştirak etmişəm, verilişi düz aparmadığına görə tənqid etmişəm onu. Daha efirlərə baxmıram”.