​""Telegram" hökumətin səyi və istəyi ilə bağlanmayıb" - HƏSƏN RUHANİ

Baxış sayı:
2671

“Telegram” messencer sistemi hökumətin səyi və istəyi ilə bağlanmayıb”. Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani “İnstagram” səhifəsində yazıb. “İndiyədək heç bir sosial şəbəkə, messencer hökumətimiz tərəfindən qapadılmayıb və qapadılmayacaq. “Telegram” messencer sistemi hökumətin səyi və istəyi ilə bağlanmayıb”, - deyə Həsən Ruhani qeyd edib. Onun sözlərinə görə, bu qərarı məhkəmə hakimiyyəti müstəqil qəbul edib: “Həmin qərara əsasən, operatorlar messencerə girişi dayandırmalıdır”. Qeyd edək ki, aprelin 30-da İran məhkəməsinin qərarı ilə “Telegram”dan istifadə etmək qadağan olunub.