Telefonlarımız bizi sakitləşdirəcək – EMOSİYALARA NƏZARƏT PROQRAMI - VIDEO

Litvalı alimlər insan emosiyalarına nəzarət edən unikal proqram hazırlayıblar.
 
 “Özünə yardım” adlı proqram bu aydan etibarən bütün smartfon sahiblərinin sərəncamına verilib.
Beş bölmədən ibarət proqram praktiki opsiyalara malikdir. İstifadəçi onların köməyi ilə sakitləşib emosiyalarına nəzarət etmək imkanı əldə edir. Bundan başqa, insanın psixoloji-emosional durumuna nəzarət edən ayrıca imkan da nəzərdə tutulub.