​Telefon oğruları yaxalandı - DİN

Baxış sayı: 70

Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc iki naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və şöbəyə gətiriblər.
Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum edilmiş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.
Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metro stansiyasının qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonundan zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb.
Həmin şəxslərin üzərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.