Tehranın sabiq meri EDAM EDİLƏCƏK

Baxış sayı:
455

İranda məhkəmə Tehran şəhərinin sabiq meri, 66 yaşlı Məhəmməd Əli Nəcəfini edama məhkum edib.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

O bildirib ki, sabiq mer qəsdən adam öldürməkdə və qanunsuz silah gəzdirmək ittiham olunub. Məhkəmə zərərçəkmiş tərəfin istəyi ilə onun edam olunmasına qərar verib.

Qeyd olunub ki, Nəcəfi bu ilin mayında ikinci həyat yoldaşı Mitra Nəcəfini odlu silahla qətlə yetirib. Zərərçəkmiş tərəf onun bağışlanmasını istəməyib.

Xatırladaq ki, İranın sabiq vitse-prezidenti və Tehranın sabiq meri olmuş Məhəmməd Əli Nəcəfi Həsən Ruhaninin prezidentliyi dövründə Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində də çalışıb.