"Tehranın “qırmızı xəttlərini” keçərsə, ABŞ və müttəfiqlərini məhv edəcəyik" - Hüseyni Salami

Baxış sayı:
21229

İran, Tehranın “qırmızı xəttlərini” keçərsə ABŞ və müttəfiqlərini məhv edəcək. Ölkənin elit silahlı qüvvələri sayılan İnqilab Keşikçiləri Korpusunun rəhbəri, hökumət əleyhinə mitinqlər barədə çıxışında yanacaq qiymətinin artması ilə əlaqədar ötən həftə baş vermiş şiddətli etirazları pisləyib. Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla bildirir. Bu gün paytaxtda minlərlə nümayişçiyə müraciət edən general Hüseyni Salami ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanını İranın təhlükəsizlik qüvvələrinin çox sayda üzvlərinin öldürüldüyü iğtişaşları yaratmaqda günahlandırdı. “Biz təmkin göstərdik...Amerikanın, sionist rejimin və Səudiyyə Ərəbistanının İran İslam Respublikasına qarşı düşmən hərəkətlərinə səbr etdik...ancaq “qırmızı xətti” keçsələr biz onları məhv edəcəyik” dedi. İran bayrağını dalğalandıran və “Amerikaya ölüm” və “İsrailə ölüm” yazılan plakatlar ilə nümayişçilər “İnqilab” meydanına endilər. İzdihamın içərisində bəziləri ABŞ bayraqlarını yandırdı. Mitinqdən əvvəl İranın XİN nazirliyi küçə iğtişaşlarına “xarici ölkələrin müdaxiləsini” pisləyib. Bəyanatda “biz bu günlərdə ölkəmizdə baş verənləri izləməyi məsləhət görürük ki, insanlar nələr olduğunu dərk etsinlər” deyilir. "Amnesty İnternational" etirazlarda ən az 106 nəfərin öldüyünü açıqladı, bu rəqəm “spekulyativ” adlandırıldı və Tehran tərəfindən rədd edildi. İran hakimiyyəti iğtişaşların davam edəcəyi təqdirdə “qiyamçılara” ən ağır cəza veriləcəyini xəbərdar etdi. Keçən həftənin sonunda, iğtişaşların dayandırıldığı söylənsə də, sosial mediada internetə qoyulan məhdudiyyətlər qismən qaldırıldıqdan sonra yayılan videolar ölkənin bəzi yerlərində spontan etirazların davam etdiyini göstərdi. Amnesty İnternational keçən həftə təhlükəsizlik qüvvələrinin evlərin damlarından və vertolyotlardan etirazçı kütlələrə atəş açdığını bildirdi. Nyu Yorkda yerləşən İnsan Hüquqları Mərkəzi etiraz aksiyaları zamanı 4000 adamın həbs olunduğunu söylədi. Bəzi İran siyasətçiləri “iğtişaşların başçıları”nın “edam edilməsi” üçün çağırışlar etdilər. Muxalifet.az