Tehranı Suriyadan çıxardacaqlar: Rusiya İranı İsrailə satdı – Təhlil

Baxış sayı:
10345

 İsrailin Rus təyyarəsini salmasına baxmayaraq Putin İsraillə yaxınlaşdı. Suriyada Tehranın nüfuzunu azaltmaq istəyən Moskva, İsrailin yenidən İran bazalarını vurmasına göz yumarkən, iki ölkə Suriya ilə bağlı işçi qrupu yaradıb. Məqsədləri də bütün xarici qüvvələri ölkədən çıxarmaqdır. Rusiya beləliklə yenidən inşa adıyla Suriyanı sağacaq.
 
Suriyada davam etmək üçün üçün daxili müharibədə rollar və tərəflər yenidən qurulur. Əsəd rejimini dəstəkləyən və ayaqda qalmasını təmin edən Rusiya və İran, aşkar olmasa da yollarını ayırıb.
Rusiya lideri Putin Amerikanın İrana və müttəfiqlərinə qarşı embarqo qərarından sonra iqtisadi böhrandan daha çox zərər çəkməmək üçün İsraillə münasibətlərini yeniləyib.
Suriyanın yeni inşa prosesində bütün investisiyaları alaraq iqtisadi qazanc təmin etmək istəyən Rusiya lideri Putin, ən böyük rəqibi İranı oyundan kənar etmək üçün İsraillə yeni ortaq nöqtədə anlaşıb.
Fevral ayının sonunda Netanyahunun Moskvaya etdiyi səfər, Putin ilə anlaşması Rusiya və İsrail tərəfdaşlığının da rəsmən başlamasının siqnalı oldu. İki gün əvvəl də iki ölkə Suriya ilə bağlı birgə işçi qrupu yaradıb, xarici bütün qüvvələrin ölkədən çıxarılması məsələsində birləşib.
Ötən il sentyabr ayında Rus təyyarəsini hədəfə gətirən İsraillə Suriyadakı iqtisadi maraqları üçün anlaşan Putin İsrailin yenidən İran bazalarını vurmasını görməzdən gəlir.
 
Əsəd İrandan yanadır
 
 İran Tədqiqat Mərkəzində çalışan Məhəmməd Abdulməcid də Putin rəhbərliyinin Tehranı oyundan kənar qoymağa çalışdığını bildirərək, "Əsədin Tehran səfəri İranın Suriyadakı hərbi obyektlərinə və İrana bağlı milislərin qərargahlarına hücumların artdığı və Rusiyanın bunlara göz yumduğu bir şəraitdə və Netanyahu-Putin görüşündən iki gün əvvəl baş verdi. Netanyahunun Moskva səfərinin məqsədi İranın Suriyadakı hərbi varlığını bitirməyə yönəlib. Son iki ildə Tehranın Suriyada qalmaq üçün sərf etdiyi çox istiqamətli cəhdə qarşı İsrail, İran İnqilab Mühafizəçiləri Qüds Gücü-nə 200-dən artıq əməliyyat keçirib. İran bunlara qarşılıq vermədi. Əsədin Tehran səfəri İranın Suriyadakı varlığını dəstəkləmə məqsədlidir. Əsəd İranla əlaqələrini strateji görür və Tehrana Moskvadan daha çox güvənir" deyib.
Bu arada, Rusiya İran əleyhinə Körfəz ölkələri ilə də təmasını artırıb.
Müxalifət.az