​Tehrandan Ər-Riyada barış şərti – RUHANİ AÇIQLADI

Baxış sayı:
5080

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı ilə münasibətlərin düzələ biləcəyini və bunun üçün bəzi şərtlərin olduğunu açıqlayıb.
Muxalifət.az xəbər verir ki, prezident bu barədə parlamentdə çıxışı zamanı bildirib.
“Səudiyyə Ərəbistanından 2 şeyi dayandırmasını istəyirik. Sionistlərlə olan yanlış dostluğunu sonlandırsın və Yəməni qeyri-insani şəkildə bombalamağı dayandırsın. Səudiyyə Ərəbistanı ilə bir problemimiz yoxdur. Münasibətləri yenidən qura bilərik, lakin bunu onlar başlatmalıdır. Gəlin və başladın”, - Ruhani bildirib.