Tehrandakı üçtərəfli görüş sonrası 12 maddəlik yekun bəyannaməsi

Baxış sayı:
6433

Türkiyə, Rusiya və İran Suriyadakı böhranın diplomatiya yolu ilə həll edilməsi üçün bu gün Tehranda bir araya gəlib.
 
Bu gün Tehranda; Türkiyə, Rusiya və İran liderləri tərəfindən həyata keçirilən üçlü zirvədən sonra, birgə yekun bəyannamə dərc olunub. 12 maddəlik yekun bəyannaməsini təqdim edirik:
 
 1. Astana formatının  2017-ci ilin yanvarından bəri əldə etdiyi uğurlardan, xüsusilə də Suriya Ərəb Respublikası miqyasında zorakılığın azaldılmasında qət edilən irəliləmədən və ölkədə sülh, təhlükəsizlik ilə sabitliyə edilən töhfədən duyduqları məmnuniyyəti ifadə etmişlər.
 
2. Suriya Ərəb Respublikasının suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü ilə BMT Xartiyasının məqsəd və prinsiplərinə olan qüvvətli və davam edən öhdəliklərini vurğulamış və bunlara hamı tərəfindən hörmət göstərilməsi lazım olduğunu qeyd etmişlər. Kim tərəfindən törədildiyindən asılı olmayaraq, heç bir aksiyanın bu prinsiplərə xələl gətirməməsi lazım olduğunu təkrar etmişlər. Terrorla mübarizə pərdəsi altında meydançada yeni reallıqlar yaradılmasına dair hər cür təşəbbüsü rədd etmiş, Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə qonşu ölkələrin milli təhlükəsizliyini zəiflətməyə yönələn separatçı gündəliklərə qarşı durma əminliklərini ifadə etmişlər.
 
 3. Sahədəki aktual vəziyyəti müzakirə edib, 4 aprel 2018 tarixində Ankarada keçirilən son toplantılardan sonra Suriya Ərəb Respublikası ilə bağlı baş verən prosesləri dəyərləndiriblər və aralarındakı anlaşma əsasında üçlü tərəfdaşlığı davam etdirmək barədə həmfikir qalmışlar. Bu çərçivədə, İdlib gərginliyi azaltma bölgəsindəki vəziyyəti müzakirə edib və bu məsələ yuxarıda göstərilən prinsiplərə və Astana formatını tanıyan əməkdaşlıq ruhuna uyğun olaraq ələ almağı qərarlaşdırıblar.
 
 4. BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan İŞİD, Nusra Cəbhəsi ilə Əl-Qaidə və ya İŞİD-la əlaqəli bütün digər fərdlər, qruplar, təşəbbüslər və proseslərin tamamilə aradan qaldırılması məqsədilə aralarındakı əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini təsdiq etmişlər. Terrorizmlə mübarizədə, yuxarıda qeyd olunan terrorçu qrupların atəşkəs rejiminə daxil edilmiş və ya iştirak edəcək olan silahlı müxalif qruplardan ayrılmasının vətəndaş itkisinin qarşısının alınması baxımından da böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
 
 5. Suriya münaqişəsinə hərbi həll gətirməyəcək və münaqişənin yalnız müzakirə edilmiş bir siyasi proses yolu ilə sona çatdırılacağına dair inanclarını təkrarlamışlar. Siyasi prosesin Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin qərarları və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq irəlilədilməsi məqsədilə aralarındakı fəal əməkdaşlığı davam etdirmək qərarlığını ortaya qoymuşlar.
 
6. Suriyalıların rəhbərliyi və sahibliyində bir siyasi həll olma prosesini etmə məqsədli birgə səyləri davam etdirmə mövzusundakı qətiyyətlərini təkrarlayıblar və Konstitusiya Komitəsinin yaradılması ilə işlərinin başlanılmasına köməkçi olmağa qarşı öhdəliklərini vurğulamışlar. Stajlı məmurları ilə Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Suriya Xüsusi Nümayəndəsi arasındakı faydalı məsləhətlərdən duyduqları məmnuniyyəti vurğulamışlar.
 
 7. Bütün Suriyalıların normal və dinc həyat bərpa etmələrinə və iztirablarının yüngülləşdirilməsinə yönəlmiş bütün səylərə dəstək olma ehtiyacını vurğulamışlar. Bu baxımdan, əlavə humanitar yardım göndərmək, humanitar mina təmizləmə fəaliyyətini asanlaşdırmaq, sosial və iqtisadi obyektlər də daxil olmaqla, əsas infrastruktur elementlərini əvvəlki halına gətirmək və tarixi irsi qorumaq vasitəsilə Suriyaya edilən yardımı artırmaları üçün başda Birləşmiş Millətlər və humanitar agentlikləri olmaqla, beynəlxalq ictimaiyyətə müraciət etmişlər.
 
 8. Ehtiyacı olan bütün Suriyalılara sürətli, etibarlı və fasiləsiz insanı gediş-gəlişin təmin olunmasını asanlaşdırmaq yolu ilə, vətəndaşların qorunması və humanitar vəziyyətin yaxşılaşdırılmasını hədəf seçən birgə səyləri davam etdirməkdə qətiyyətini təkrar etmişlər.
 
 9. Qaçqınların və ölkə daxilində yerlərindən edilmiş şəxslərin Suriyada əsl yerlərinə təhlükəsiz və könüllü olaraq geri dönmələri üçün lazımi şərtlərin yaradılması ehtiyacının qeyd etmişlər. Bu məqsədlə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı (BMMYK) və digər beynəlxalq təşkilatları da daxil olmaqla,  bütün tərəflər arasındakı əlaqələrə ehtiyacını vurğulamışlar. [Suriyalı qaçqınlar və ölkə daxilində yerlərindən edilmiş şəxslər haqqında beynəlxalq bir konfransın toplanması fikrini dəyərləndirmək məqamında razılıq əldə olunub.]
 
 10. BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) mütəxəssislərinin iştirakı ilə aparılan, zorla saxlanılan, qaçırılanların sərbəst buraxılması, cənazələrin təslimi və itən şəxslərin müəyyən edilməsi İşçi Qrupunun fəaliyyətlərindəki irəliləyişi razılıqla qarşılamışlar.
 
 11. Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin dəvəti ilə, növbəti toplantılarını Rusiya Federasiyasında etməyi qərarlaşdırmışlar.
 
 12. Rusiya Federasiyası və Türkiyə Respublikasının dövlət başçıları, Tehrandakı üçlü zirvəyə evsahibliyi etmələrindən ötrü İran İslam Respublikasının prezidenti hörmətli cənab Həsən Ruhaniyə səmimi təşəkkürlərini nümayiş etdirirlər.
Müxalifət.az