Tehrandakı üçlü zirvədən sonra Ərdoğandan mesaj

Baxış sayı:
2620

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi Twitter hesabından, Türk, Ərəb, İngilis, Rus və Fars dillərində olmaqla, 5 dildə verdiyi açıqlamada Əsəd məsələsində Türkiyənin mövqeyini olduqca dəqiq ifadələrlə bir daha ortaya qoyub.
 
Ərdoğan, Əsəd zülmü ilə bağlı "Rejimin maraqları uğrunda on minlərlə günahsız insanın öldürülməsinə göz yumulduğu təqdirdə, biz belə bir oyunun ortağı və seyrçisi ola bilmərik" deyib.
Ərdoğan atdığı tweet-də bunları qeyd edib:
“Türkiyə olaraq, başdan bəri Suriyada axan qanın durması üçün mübarizə apardıq. Heç bir ayrı-seçkilik güdmədən Suriyalı qardaşlarımıza sahib çıxdıq. Dünən olduğu kimi, bu gün də tək bir Suriyalı qardaşımızın belə burnunun qanamasını istəmirik.
Bu gün əziz qardaşım cənab Ruhaninin ev sahibliyi və əziz dostum cənab Putinin iştirakı ilə həyata keçirdiyimiz Türkiyə-Rusiya-İran üçlü Zirvəsinə verdiyimiz önəm Suriyalı qardaşlarımızın gələcəyinə yönəlik həssaslığımızdan qaynaqlanır.
 
SURİYALILARIN CAN TƏHLÜKƏSİZLİYİNİ HEÇƏ SAYAN ÜSULLAR TERRORÇULARIN DƏYİRMANINA SU, ƏPPƏYİNƏ YAĞ SÜRTƏR
 
Bu gün həyata keçirilən Tehran Sammitində Türkiyə, Suriyalı vətəndaşların can təhlükəsizliyini heçə sayan üsulların, terrorçuların dəyirmanına su yağ sürtməkdən başqa heç bir fayda verməyəcəyini açıq şəkildə ifadə etmişdir.
Rejimin maraqları uğrunda on minlərlə günahsız insanın öldürülməsinə göz yumulduğu təqdirdə, biz belə bir oyunun ortağı və seyrçisi ola bilmərik.
 
İDLİB PROBLEMİ, ASTANA RUHUNA SADİQ QALARAQ HƏLL OLUNMALIDIR
 
İdlib məsələsi, yeni əzablara, yeni gərginliklərə, yeni çətinliklərə imkan vermədən Astana ruhuna sadiq qalaraq həll olunmalıdır. Astanada razılığa gəldiyimiz prinsiplərin mühafizəsi, Suriya böhranına davamlı siyasi həll olması baxımından da mühümdür.
Terrorla mübarizə pərdəsi altında meydançada oldu-bittilərə gedilməməsi, Suriyanın ərazi bütövlüyü ilə qonşu ölkələrin milli təhlükəsizliyini zəiflətməyə yönələn separatçı davranışlara qarşı dayanmaq lazımdır.
 3,5 milyondan çox Suriyalıya ev sahibliyi edən bir ölkə olaraq, qaçqınların könüllü və təhlükəsiz şəkildə geri dönmələrinin təmin olunması və Suriya münaqişəsinə bütün ortaqların birlikdə qəbul etdiyi qalıcı bir çözüm tapılması üçün çalışmağa davam edəcəyik”.
Müxalifət.az