Tehrandakı üçlü zirvədən sonra prezidentlər ortaq qərarları açıqladı

Baxış sayı:
6289

Toplantıdan sonra açıqlama verən prezident Ruhani, "İdlibdə mülki vətəndaşların zərər görməməsi üçün tədbir görməliyik. Terrorçuları silahlarını buraxmaları üçün təşviq etməliyik" deyib.
 
Rusiya prezidenti Vladimir Putin, Suriyada həll üçün Astana formatını istifadə edəcəklərini deyib. Putin, "Prioritetimiz Suriyanı terrorizmdən tamamilə təmizləməkdir. Bütün tərəflərə silahları yerə qoyma çağırışı etdik" deyib.
Toplantıdan sonra keçirilən mətbuat konfransında danışan prezident Rəcəb Tayyib Ərdoğan, "Bizə düşən Suriyadakı drama son verməkdir. Yanğını seyr etmək əvəzinə, söndürməyin yollarını arayırıq. İdlibə hücumlar siyasi prosesi dağılma nöqtəsinə gətirər" deyib.
Bu zirvələr Suriyada gəlinən nöqtənin hesabını aparmaq baxımından da önəmli fürsətlər açır. Biz başqaları kimi, geriyə söykənib, yanğını seyr etmək əvəzinə, onu söndürmək yollarını arayırıq. Aramızdakı fərqlərə deyil, minimum ortaqlıqlara yönəldik. Türkiyə olaraq Suriyada rejimin yeni hücumlarının yol açacağı təhlükələri dilə gətirdik".
“Suriyalı vətəndaşların can təhlükəsizliyini heçə sayan üsullar terrorçuların dəyirmanına su, əkməyinə yağ sürtməkdən başqa heç bir fayda verməyəcək. Xüsusilə böyük əziyyətlər çəkmiş İdlib xalqının yeni fəlakətlərə məruz qalmasını heç cür arzu etmirik. İdlib məsələsi yeni iztirablara, gərginliklərə imkan vermədən Astana ruhuna sadiq qalaraq həll olunmalıdır".

Müxalifət.az