​Tehranda prezidentlərdən bəyanat: Üç ölkənin...

İranın paytaxtı Tehran şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli Zirvə görüşü başlayıb.
21:16
Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.
Muxalifet.az xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.
Sonda dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
22:13
Rəsmi Moskva, Bakı və Tehran yüksək səviyyəli görüş nəticəsində beynəlxalq enerji arenalarda birgə fəaliyyəti dərinləşdirmək və neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Muxalifet.az-ın verdiyi məlumata görə, bu barədə üç ölkə prezidenti - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani tərəfindən imzalanan yekun bəyanatda deyilir.
"Tərəflər regional və dünya enerji bazarlarının davamlı fəaliyyət göstərməsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikasının aparıcı rolunu qeyd edir, neft-qaz və neft-kimya sahələrində əməkdaşılığın genişləndirilməsini, o cümlədən neft-qaz mədənlərin kəşfiyyatı və inkişafını, xam neft və neft məhsulların daşınmasını və svop tədarükünün və beynəlxalq enerji arenalarda birgə fəaliyyəti dərinləşdirilməsini dəstəkləyir", - deyə sənəddə bildirilir.
Tərəflər həmçinin üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsini və elektirk enerjisinin ticarətinə dair razılaşmaları dəstəkləyir.