Tehranda futbol oyununda KÜTLƏVİ DAVA: 1 ölü, 295 yaralı - VİDEO

Baxış sayı:
943

İranın paytaxtı Tehranda “Perspolis” – “Sepahan” futbol oyununda azarkeşlər arasında baş vermiş dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib.

Bunu İranın Tehran Təcili Yardım İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Kərəm Dərabadi deyib.

M.K.Dərabadinin sözlərinə görə, yaralılardan biri davadan öncə həddindən artıq narkotik maddə istifadə etdiyinə görə dünyasını dəyişib.

Yaralılardan 45 nəfəri xəstəxanaya yerləşdirilib.

Matçın özünə gəlincə, oyun 0:0 hesabı ilə nəticələnib.