Tehran Sammiti öncəsi yeni hücum təxribatı! Ölü və yaralılar var

Baxış sayı:
5902

Tehranda Rusiya, Türkiyə və İran liderlərinin İdlib məsələsini müzakirə etmək üçün toplanacağı üçlü zirvəyə saatlar qalmış Rus döyüş təyyarələri İdlibin cənubunu vurub.
 
Rusiyaya aid 3 və Suriyaya aid 2 döyüş təyyarəsi İdlibin cənubunda yerləşən Xan Şeyxin, Kefr Zeyta, Hebit qəsəbələrinə 7 hava hücumu təşkil edib.
 
ÖLÜ VƏ YARALILAR VAR
 
Suriya həmçinin bu bölgələrə top atışları da həyata keçirib. Hava hücumları və top atəşləri nəticəsində bir mülki şəxsin öldüyü, bir neçə nəfərin də yaralandığı bildirilib.
 
RUS KƏŞFİYYAT TƏYYARƏLƏRİ BÖLGƏDƏ
 
Rus kəşfiyyat təyyarələrinin səhərin ilk saatlarından bəri bölgəni tərk etmədiyi qeyd edilib.
Müxalifət.az