​Təcrübəçi “Google”u 10 milyon ziyana saldı

Baxış sayı:
7297

“Google” şirkətinin əməkdaşının səhvən başlatdığı onlayn reklam korporasiyaya 10 milyon dollar ziyan vurub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Qəzetin xəbərinə əsasən, insident çərşənbə axşamı baş verib. “Google”un təcrübəçisi onlayn şəbəkədə reklamın necə yerləşdirilməsini nümayiş etdirən zaman yalnış düyməyə basıb. Nəticədə test reklam elanı ABŞ və Avstraliyada yayımlanıb.
İllik 60 milyard dollar dövriyyəsi olan “Google”dan bildiriblər ki, reklam  45 dəqiqə ərzində aktiv olub. Daha sonra şirkətin əməkdaşları reklamı dayandıra biliblər.
Dəymiş ziyan barədə rəsmi açıqlama verilməsə də, mənbə “Financial Times”a bunun 10 milyon dollar ola biləcəyəni vurğulayıb.