Təcili yardımın əməkdaşı özünü 3-cü mərtəbədən ATIB

53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb
 
Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Mir Cəlal Paşayev küçəsi 36 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb. Lakin o, həyətdəki ağacın budağına ilişib.
B.Mahmudov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun döş qəfəsinin qabırğa sümüklərinin sındığını bildiriblər.
B.Mahmudovun vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, o, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.