Təcili yardım maşınında QORXUNC HADİSƏ: xəstə YANARAQ ÖLDÜ - ŞOK TƏFƏRRÜAT (FOTO)

Təcili yardım maşınında oksigen balonu partlaması nəticəsində xəstə yanaraq ölüb.
Hadisə Türkiyənin Burdur bölgəsində baş verib. 28 yaşlı İsmayıl Sarqın yuxarı tənəffüs yollarındakı narahatlığı səbəbindən əvvəlcə Yaşılova dövlət xəstəxasına yerləşdirilib. Orada ilkin yardım göstəriləndən sonra təcili yardım maşını ilə Burdur Dövlət Xəstəxanasına aparılıb.
Təcili yardım maşını hərəkətdə olarkən, qəfildən oksigen balonu partlayıb. Balon partlayan kimi yanğın başlayıb.
Maşındakı tibb işçiləri, sürücü və İ.Sarqının həyat yoldaşı özünü maşından ataraq xilas ola bilib. Lakin onlar güclü yanğın səbəbindən İ.Sarqını çıxara bilməyiblər. Hadisə yerinə dərhal yanğınsöndürənlər çağrılıb. Amma qısa zamanda maşın külə dönüb, İ.Sarqın isə maşının içində yanaraq ölüb.
Avtomobildə olan digər 4 nəfər isə heç bir xəsarət almayıb.