Təcili yardım maşını VAZ-21015-lə toqquşub – GƏNCƏDƏ

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes-Benz" markalı təcili tibbi yardım maşını toqquşub.
 Qəza zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq, maşınlara ciddi ziyan dəyib.
 Faktla bağlı araşdırma aparılır.