TƏCAVÜZƏ QARŞI EDAM CƏZASINI QƏBUL ETDİLƏR

Baxış sayı:
3085

Hindistan parlamentinin aşağı palatasında təcavüz elədikdən sonra öldürənlərə və 12 yaşdan kiçik olan uşaqlara təcavüz edənlərə edam cəzası verilməsini nəzərdə tutan qanun layihəsi təsdiq edilib.

Uşaqlara Qarşı Cinsi Cinayətlərin Qarşısının Alınması Qanununda dəyişiklik qadın və uşaq inkişafı naziri Maneka Qandinin təlimatı ilə edilib. Dəyişiklik Kəşmirin Hindistanın idarəsi altındakı ərazisində 8 yaşındakı bir qızın təcavüz edilib öldürülməsi və Madhya Pradesh əyalətində bir qıza təcavüz edilməsi kimi ölkədə böyük əks-sədaya səbəb olan ardıcıl cinayətlərin törədilməsindən sonra edilib.

Hindistandakı rəsmi statistikaya görə, 2012-ci ildə uşaqlara qarşı təcavüz hadisələrinin sayı 8541-ə, 2016-cı ilə isə 19765-ə çatıb. 2013-cü ildə paytaxt Yeni Dehli şəhərindəki avtobusda bir tibb tələbəsinin təcavüz edilib öldürülməsindən sonra cəmiyyətin hiddətlənməsi nəticəsində Hindistan hökuməti ölümlə nəticələnən bu cür cinayətlərdən sonra edam cəzasının tətbiq edilə bilməsini qərara almışdı.

Hindistanda edam cəzası çox nadir hallarda verilir. Sonuncu dəfə 2015-ci il iyulun 30-da bir nəfər edam edilmişdi.

Qeyd edək ki, Pakistan, Banqladeş və Əfqanıstanda təcavüz cinayətinə görə ölüm cəzası verilir(hurriyyet.org).