​Təbriz ziyalılarından Zərifə Qarabağ müraciəti

Baxış sayı:
1501

Təbrizin 60-a yaxın tanınmış ziyalısı Tehranda “Ararat” klubunun iclasını qınayaraq, İran xarici işlər nazirinə açıq məktub ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, Təbrizin bir qrup mədəniyyət, incəsənət və KİV nümayəndəsinin imzaladığı məktubda İranın Qarabağla bağlı siyasəti, Ali dini rəhbərin iştirakı ilə keçirilən görüşdə baş verən hadisələr və Paşinyanın erməni icması ilə görüşünə toxunulub və sonuncu olay qınanılıb.
Bəyanatı imzalayanlar Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu və həmin ərazilərin Ermənistan tərəfindən işğal edildiyini vurğulayıb:
“Ararat” klubunda erməni baş nazirinin iştirakı ilə keçirilən mitinq İran hökumətinin açıqladığı mövqeyə və xüsusilə də Ali rəhbərin əmrləri ilə qəti şəkildə ziddiyyət təşkil edir. Buna görə biz, Təbrizin mədəniyyət, sənət və media fəalları bu hərəkəti qəti şəkildə qınayırıq. Və bir daha Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi kimi tez bir zamanda Azərbaycan Respublikasına qaytarılacağına ümid edirik”.