​Təbriz ETTELAAT-ın mühasirəsində: Tehrana dəstək qorxusu

Baxış sayı:
1333

Güney Azərbaycanın Təbriz şəhərində İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) təhlükəsizlik tədbirlərini gücləndirilib.
ETTELAAT Təbriz və Güney Azərbaycanın digər şəhərlərinin mərkəzi yerlərində kütləvi tədbirlərin keçirilməsini qadağan edib.
Təhlükəsizlik strukturlarının əməkdaşları Təbrizin “Şah Gölü” parkında əyləncə təşkil etmək istəyən azərbaycanlı gənclərə də mane olub. Polis əməkdaşları mümkün etiraz yığıncağının qarşısını almaq məqsədi ilə parka toplaşan insanları ərazidən uzaqlaşdırıb.
ETTELAAT və polis orqanları İranın ayrı-ayrı şəhərlərində və paytaxt Tehranda iqtisadi böhrana qarşı başlamış etiraz aksiyalarının Güney Azərbaycana sıçrayacağından ehtiyat edir.
Kəşfiyyat və təhlükəsizlik strukturları da məhz Tehranda aksiyaların başlamasından sonra Təbrizdə təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə şəhərin mərkəzinə əlavə canlı qüvvə göndərib.
Qeyd edək ki, İranın paytaxtı Təbriz və digər şəhərlərində 5 günə yaxındır etiraz aksiyaları keçirilir. Etirazçılar iqtisadi böhrana etiraz edirlər.