​Tbilisidə partlayış - YARALILAR VAR

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Partlayışın ardınca başlayan yanğının qarşısı alınıb.
Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.