Tbilisidə parlament önündə gərginlik davam edir /FOTO

Baxış sayı:
9715

Paytaxt Tbilisidə Parlamentin girişləri dünən axşam saatlarından etibarən etirazçılar tərəfindən bloklanaraq olduğu kimi qalmaqdadır. Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, etirazçılar "Gürcü Arzusu"nun deputatlarını tələbləri yerinə yetənədək parlamentə buraxmayacaqlarını bildirirlər. Məlumata əsasən, parlament binasına daxil olmaq istəyən hakim partiyanın bir neçə deputatı gərginlik səbəbindən polis tərərəfindən uzaqlaşdırııb. Etirazçılar hakim partiya deputatlarına "qullar" deyə fitə basıblar. Muxalifet.az