Tbilisidə müxalifətçi sabiq deputatın məhkəməsi başlayıb

Baxış sayı:
4540

Tbilisi Apellyasiya Məhkəməsində müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melianın işi üzrə məhkəmə başlayıb.
İclasda Gürcüstan Baş Prokurorluğunun N.Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılır.
Baş Prokurorluq parlamentin keçmiş üzvü barədə həbs qətimkan tədbirinin seçilməsini tələb edir.
Müxalifət partiyalarının liderləri və tərəfdarları Tbilisi Apellyasiya Məhkəməsinin yaxınlığına toplaşıb.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin iyunun 27-də qəbul etdiyi qərarı ilə N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb. Deputatın toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir. /Report