Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başlayıb - İvanişvilinin iqamətgahına doğru…

Baxış sayı:
1816

Tbilisidə parlament binası qarşısında növbəti aksiya keçirilir.”Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və təfəfdarları da qoşulub.

Aksiya hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru “Azadlıq yürüşü” ilə davam etdiriləcək.

Sayca 17-ci olan aksiyada kütləvilik müşahidə olunur. Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.