Tbilisidə etirazçılar geri çəkilməyəcəklərini bildirirlər

Baxış sayı:
319

Muxalifet.az 24News.ge saytına istin adla bildirir ki, Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamaq niyyətindədirlər.
Bu barədə qanunverici orqanın binası qarşısında axşam saatlarında keçirilən aksiyada bildirilib.  
"Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqi Uqulava,
 "Etirazlar davam edəcək. Hələ heç nə bitməyib. Artıq ilk missiyamız tamamlanıb", deyə bildirib.
Jurnalistlərə açıqlamasında Q.Uqulava dünən diplomatik korpus nümayəndələri ilə müxalifətin keçirdiyi görüşlər barədə də danışıb.
"Görüşümüzün mövzusu baş verən məsələlərlə əlaqədar idi. Onu da qeyd edim ki, bizim görüşlərimizə paralel olaraq polis aksiya iştirakçılarını həbs edirdi. Tbilisi Galerinin qarşısında belə insanları həbs edirdilər. Axı orada heç nə olmurdu. Bu o deməkdir ki, hakimiyyət şizofrenliyə keçib və bununla xalqı qorxutmaq istəyir. Diplomatik korpusda hamı bəyan edir ki, ölkəyə sabitliyi qaytarmaq hakimiyyətin öhtəliyidir". -deyə Qiqi Uqulava bildirib.
Məlumata görə aksiyanın dağıdılması zamanı iki polis əməkdaşı və dörd etirazçı xəsarət alıb. Parlament ətrafındakı aksiyanın dağıdılması zamanı isə saxlanılan şəxslərin sayı 37 nəfərə çatıb.

Muxalifet.az