​Tbilisidə ASALA qurbanlarının xatirəsi anılıb

Baxış sayı:
3205

Türkiyənin Gürcüstandakı səfirliyində ASALA erməni terrorçu təşkilatının qətlə yetirdiyi türkiyəli diplomatların xatirəsi anılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Tədbirdən əvvəl Gürcüstanın türk və azərbaycan icmasının nümayəndələri ermənilərin 23-24 aprel tarixlərində 1915 hadisələri ilə bağlı icazəsiz nümayişlərini pisləyən etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları  əllərində Türkiyə, Azərbaycan və Gürcüstan dövlət bayraqlarını tutaraq, “Yaşasın Türkiyə, Gürcüstan, Azərbaycan dostluğu” şüarını səsləndirib.