“TƏBİB-in yaydığı statistika heç vaxt etibar doğurmayacaq” – İLQAR MƏMMƏDOV

Baxış sayı:
2257

“Belə getsə, TƏBİB-in yaydığı statistika heç vaxt etibar doğurmayacaq".

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

O daha sonra bildirib: "Çünki mövcud qaydada dərc olunan rəqəmlərlə çox rahat şəkildə oynamaq mümkündür və bunu hər kəs anlayır.  Odur ki, jurnalistlərdən xahişim var. TƏBİB-in gündəlik brifinqində zəhmət olmasa, maraqlanın ki, Azərbaycanda indiyədək orta hesabla hər gün alınan 4-5 min koronavirus testinin nə qədəri:

1. Xəstəlik şübhəsi ilə, xaricdən qayıtma səbəbilə ilə, ya da sağlamlığını öz təşəbbüsü ilə yoxlamaq istəyən şəxslərin müraciəti ilə alınıb (gündəlik, nəfər)

2. Ölkə üzrə aparılan sırf təsadüfi yoxlamalar əsasında alınıb (gündəlik, nəfər)

3. Müntəzəm qaydada eyni adamlardan təkrarən alınıb (gündəlik, nəfər).

Hər üç qrup üzrə yoluxma sayı da gündəlik göstərilməlidir, əlbəttə, yoxsa yenə faydası yoxdur. Ən azından bu göstəricilər açıqlanmalıdır ki, görək, əslində, nə var, nə yox. Yoxsa ki, boş-boş rəqəmlərlə insanların inamını ömründə qazanmayacaqlar”.