TƏBİB COVID-19 vaksinin mümkün əlavə təsirlərini açıqlayıb

Baxış sayı:
1165

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vurulan vaksinin mümkün əlavə təsirlərinin nə olduğunu açıqlayıb.

TƏBİB-in məlumatına görə əhali arasında yayılan vaksindən sonra mümkün ola biləcək- baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.

Fevralın 2-dən isə vaksinasiyanın 2-ci mərhələsinə start verilib. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.