“Taym” jurnalının ÜZ SƏHİFƏSİNDƏ TRAMPİN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD

Baxış sayı:
4522

Amerikanın “Time” jurnalı son nəşrində ABŞ prezidenti Trampın insanlığa biganə qaldığını bildirərək ağlayan Honduraslı uşağı Trampla birlikdə üz səhifəsində dərc edib.
 
ABŞ-ın həftəlik xəbər jurnalı “Time” son nəşrində, Trampı bəşəriyyətin qarşısında biganə qalmaqla ittiham edib.
 
TRAMPIN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD
 
Məşhur “Time” jurnalı, Tramp rəhbərliyinin ABŞ-Meksika sərhədini qanunsuz keçən köçkün ailələri uşaqlarından ayıran siyasətinin, Amerikanın əxlaqı və humanist dəyərlərinə böyük ölçüdə zərər verdiyi və bu səbəblə də köçkün ailələrin simvolu halına gələn, ağlayaraq ana və atasını axtaran 2 yaşlı Honduraslı qaçqın qız uşağının fotosunu Trampla birlikdə üz qapağında dərc edib. Jurnal Trampa “Biz necə bir ölkəyik” deyə, sual edib.


 
HONDURASLI QIZIN FACİƏSİNİ PAYLAŞIB
 
Fotoqraf Con Moore tərəfindən çəkilən rəmzi şəkildə hıçqıra-hıçqıra ağlayan bir uşaq yer alır. Jurnal, "Amerikaya xoş gəldin" başlığı ilə Texasda nəzarətdə saxlanılan anası üçün ağlayan iki yaşındakı Honduraslı qızın hekayəsini paylaşıb.
ABŞ-ın Müstəqillik Günü həftəsində qəzet köşklərində olacaq olan “Time” jurnalı, Tramp rəhbərliyinin sözdə "sıfır tolerantlıq" siyasəti, minlərlə insanın sərhədi keçdikdən dərhal sonra federal vəzifəlilər tərəfindən nəzarətə alınmasının ardından baş verənləri əks etdirir.
Müxalifət.az