Tatlısəs 13 milyondan imtina etdi - SƏBƏB

Müğənni İbrahim Tatlısəs bir kanaldan gələn proqram təklifini rədd edib.
 
Layihə rəhbəri İboya 13 milyon lirə (təxminən 6,5 milyon manat) təklif etsə də, sənətçi bununla da razılaşmayıb. O, buna səbəb kimi albom hazırlığında olmasını göstərib.
Tatlısəs bu təklif qarşısında çox həyəcanlandığını və göz yaşlarına hakim ola bilmədiyini, ancaq albomunu çıxardıqdan sonra təklifi dəyərləndirəcəyini deyib.