“Tarqovı”da oturmaq qadağan edilib – FOTOLAR

Baxış sayı:
1710

Bakının mərkəzi Nizami küçəsində olan oturacaqlar lentlənib.

Muxalifet.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, küçəyə giriş qadağan edilməsə də, oturacaqlarda əyləşməyə icazə verilmir.

Bu məqsədlə skamyaların bəzisi lentlənib, digərləri isə bir-birinin üstünə qoyulub.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya bildirilmişdi ki, sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.