Tarkan bayram günü instaqramda elə bir video paylaşdı ki… - VİDEO

Baxış sayı:
2590

Meqa ulduz Tarkanın instaqramda paylaşdığı video qısa müddətdə bəyənilmə və izlənmə rekordı qırıb. Hər bir mahnısı ilə milyonlarla dinləyicinin qəlbinə yol tapan ulduz növbəti dəfə pərəstişkarlarının rəğbətini qazanıb. Belə ki, Tarkan Razaman Bayramı münasibəti ilə instaqramda izləyicilərinə səmimi təbrik ünvanlayıb. Çəkdiyi görüntülərdə “Neçə belə bayramlara” söylədikdən sonra xoruzun banlaması və müğənninin buna gülərək “Xoruz da bayramınızı təbrik edir” deməsi izləyicilərin ürəyincə olub. Belə bir təbrik paylaşmasını izləyiciləri artistin səmimi və təbii olması kimi qiymətləndirib. Tarkan paylaşımına “Sevdiklərinizlə birlikdə keçircəyiniz daha neçə belə bayramlara” sözlərini qeyd edib./Publika