“Tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız...” – İLHAM ƏLİYEV

Baxış sayı:
2554

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.
 
Muxalifet.az xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:
 
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
Azərbaycanla İran arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.
 
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.