​“TARİXİN QƏDİM KÖKLƏRİ” - Elşən İsmayıldan iki dildə yeni çoxseriyalı sənədli film

Baxış sayı:
982

Gənc rejissor Elşən İsmayıl bir müddətdir ki, çoxseriyalı sənədli filmin üzərində işləyir.

Aldığımız məlumata görə, filmdə qədim minilliklərdən müasir dövrə qədər böyük tarixi araşdırmalar yer almışdır.

Ssenarisini Bəxtiyar Tuncayın yazdığı “TARİXİN QƏDİM KÖKLƏRİ” adlı film daha geniş auditoriya üçün nəzərdə tutularaq, iki dildə - Azərbaycan və Türkiyə Türkcəsində izləyicilərə təqdim olunur. Mətni istedadlı qiraətçi, sənətsevər Lalə Quliyeva oxuyub. Filmin hazırlıq prosesi və ərsəyə gəlməsində əsas məsuliyyət isə Elşən İsmayılın rəhbərlik etdiyi “Qam Company” – yə aiddir. Artıq filmin ilk bölümü izləyicilərə təqdim olunub.

Bu layihənin digərlərindən fərqli xüsusiyyəti isə ondadır ki, film eyni zamanda iki dildə - Azərbaycan və Türkiyə türkcəsində yayımlanır. Türkiyə Türkcəsində səsləndirən araşdırmaçı, yazar və qiraətçi Ebru Cengiz Ergendir.   
 
 
BİRİNCİ BÖLÜM:
 
Azərbaycan Türkcəsində: https://www.youtube.com/watch?v=AeShrd6UZvk
 
Türkiyə Türkcəsində: https://www.youtube.com/watch?v=6dM2MlZSjgc