Tarixin ən böyük XƏZİNƏSİ TAPILDI

Baxış sayı:
7747

İspan donanmasına aid “San Xose” adlı gəminin üç əsr boyu okeanın altında qalan xəzinələrlə dolu dağıntının olduğu rəsmi etiraf olunub. Ekspertlərə görə, gəmidəki qızıl və qiymətli əşyaların dəyəri 4 ilə 18 milyard dollar arasındadır.
 
Karib dənizində İngilis donanması tərəfindən batırılan gəminin toplarında delfin işləmələri kimi xüsusiyyətlərini araşdıran mütəxəssislər, dağıntının San Joseye aid olduğunun dəqiqləşdiyini deyib. 2015-ci ildə tapılan gəmi 1708-ci ildə batırılanda Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırdı. Ekspertlərə görə, San Xosenin içindəki qızıl və qiymətli əşyaların dəyəri 4 ilə 18 milyard dollar arasındadır.
O vaxt Perudan çıxarılmış olan qızıl, gümüş və zümrüdləri daşıyan gəminin sahib olduğu xəzinənin böyüklüyü isə, bir su altı vasitəsi olan REMUS-un  etdiyi video qeydləri sayəsində hesablanıb. Sular altındakı gəmiyə 10 metrlik məsafəyə qədər yaxınlaşan REMUS 6000, beləliklə də dəyərli bir kəşfə imza atıb.
San Xosenin 62 ədəd silaha sahib olduğu bilinir. Bütün bunlara baxmayaraq gəmi, İngilis qüvvələri tərəfindən batırılmışdır. Əgər gəmi batırılmasaydı, hazırda milyardlarla dollar dəyərinə malik olan xəzinəsi, İngilislərlə olan müharibələrində dəstək olmaq məqsədilə ölkəyə dönəcəkdi.
Gəminin sonunu gətirən ən mühüm hadisə, İspan döyüş gəmilərinin yardımlarının gecikməsi səbəbindən daha çox vaxt itirmək istəməyən Admiral Joze Manuelin, risk edərək ölkəsinə doğru yelkən açması olub. Bu marşrutla gedərkən dörd İngilis gəmisi tərəfindən əhatə edilən San Jose, daşıdığı 500 nəfərlə birlikdə vurularaq batırılıb.
Müxalifət.az