Tarixin gizli səhifələri - I Pyotrun sevimli qızının taleyi

Baxış sayı:
4951

Rusiya imperatoru I Pyotrun sevimli qızı Annanın həyatını atası müəyyənləşdirib.

Muxalifet.az ölkə.az-a istinadən qısa ömür sürən, 20 yaşında vəfat edən Anna haqqında kiçik yazını təqdim edir. Anna Rusiyanın Qərblə münasibətlərinin əsirinə çevrildi. O, sevmədiyi insana ərə verildi, yad ölkəyə getdi.

Uşaqlıq dövrü

Pyotrun Yekaterina ilə qeyri-qanuni münasibətlərindən Anna adlı qızı dünyaya gəldi. Anna 1708-ci ilin 7 fevral tarixində anadan olub. Anna valideynləri nikaha girdikdən sonra saraya köçüb. Onu kiçik bacısı ilə birlikdə tərbiyə ediblər: dayələr, quvernerlər və müəllimlər. Anna yaxşı oxuyur və əla məktub yazırdı. Bunu onun  valideynlərinə "şahzadə Anna" imzası ilə göndərdiyi məktublar da sübut edir. Bu məktubu isə Anna 8 yaşı olanda yazıb.


Yekaterina uşaqları üçün hər şey edir, diqqət ayırır, hədiyyələr verirdi. Pyotr isə kobud idi və övladlarına vaxt ayırmırdı. Hətta Pyotr arvadının ona xəyanət etdiyini öyrənəndə məşuqun boynunu vurulmasını əmr etdi.

Anna atasının etinasız olmasına baxmayaraq, onu çox sevirdi.

Ailə həyatı

Annanın 3 yaşı olanda atası Sankt-Peterburqda ona böyük müık ayırdı. 1721-ci ildə Pyotr imperator titulu aldığı vaxt Annanın 13 yaşı var idi və atası onu ərə verməyə tələsmirdi. İmperatorun aruzusu Avropa zadəganları ilə qohum olmaq idi. Buna görə də adaxlı seçimi məqsədyönlü idi. O dövrdə Peterburqda Almaniyanın şimal hissəsinin hersoqu Karl-Fridrix yaşayırdı. Pyotr hersoqla ittifaqa müsbət baxırdı. Bu, hər iki tərəf üçün sərfəli idi. İmperator qızının xoşbəxtliyi barədə çox az düşünürdü. Annanın 17 yaşı olanda sevmədiyi insana ərə verildi. Protestant almanlar da rusiyalı şahzadənin inancına loyal yanaşırdılar.


Amma toydan bir müddət əvvəl Pyotr dünyasını dəyişdi. 1 il sonra da Yekaterina öldü. Hakimiyyət çox az müddətlik də olsa Menşikova keçdi. Menşikov ölən imperatorun vəliəhdlərindən qorxduğu üçün ailəni sərhəddən yola salmağa tələsirdi. Anna bir neçə il əri ilə vətəndə yaşadı. Sonra isə Menşikovun tələbi ilə Rusiyanı tərk edərək şimali Almaniyaya köçdü. Almaniyada şahzadənin günü göz yaşları ilə keçirdi. Əri ona etinasız yanaşırdı. Annanın yeganə təsəllisi Peterburqda yaşayan bacısı ilə məktublaşması idi.

Ölümü

Annanın Karl ilə nikahından olan oğlu III Pyotr idi. O, doğulanda almanlar çox sevindilər. Doğuşdan bir neçə gün sonra Anna vəfat etdi. Ehtimal edilir ki, qızdırma ölümə səbəb idi. Şahzadəni vəsiyyətinə görə Petropavlovsk kilsəsində dəfn etməli idilər. Tabutu aparmaq üçün Neva çayı ilə hərəkət edəcək iki gəmi tutuldu. Amma dəfn yerinə Annanın heç bir qohumu, hətta bacısı Yelizaveta da gəlmədi. Amma sadə insanlar-dənizçilər, ustalar, tanışları və dostları dəfndə iştirak etdilər. Beləcə, I Pyotrun qızı Rusiya ilə Qərb arasında körpü olaraq özünü qurban verdi...