Tarixi faktlar sübut edir ki, Qarabağ... - Zubeydi

Baxış sayı:
10399

Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf Azərbaycandır. Bunu tarixi faktlar sübut edir. Qarabağ tarixi Azərbaycan torpağıdır. Biz ölkəmizə qayıtdıqdan sonra qəzetlərimizdə Qarabağın işğalı barədə mütləq yazacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Livan və Amerika Birləşmiş Ştatlarında çap olunan “Cedarnyus” qəzetinin baş redaktoru Mişel əl-Zubeydi Qusarda azərtac -a müsahibəsində söyləyib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşlarından ibarət qrupun tərkibində yer alan Mişel əl-Zubeydi Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirib.
“Biz Azərbaycanda bir sıra görüşlər keçirdik. Dövlət Turizm Agentliyində də olmuşuq. Azərbaycanda başqa ölkələrdə rast gəlmədiyimiz bir çox maraqlı məkanlar var. Turistlər axtardıqları zəngin təbiəti, tarixi məkanları burada tapa bilər. Bizim də vəzifəmiz bu məkanlar barədə oxucularımızı məlumatlandırmaqdır”, - deyə “Cedarnyus” qəzetinin baş redaktoru Zubeydi bildirib.