​Tarixi düşmənlər yenidən görüşdü: Tramp üçün hazırlıq...

Baxış sayı:
307

Şimali Koreya lideri Kim Çen İn və Cənubi Koreya Prezidenti Mun Çje İn yenidən görüşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
Məlumata görə, 2 saat davam edən görüşdə 27 aprel deklarasiyasının yerinə yetirilməsi və ABŞ-Şimali Koreya sammitinin uğurla keçirilməsi müzakirə edilib.
Cənubi Koreya prezidentinin görüşün nəticələri haqqında sabah məlumat verəcəyi bildirilib.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri arasında sonuncu görüş 65 ildən sonra ilk dəfə bu ilin aprel ayında keçirilmişdi.