TARİXDƏ İLK: UEFA Superkuboku matçının hakimi qadın olacaq

Baxış sayı:
5563

“Çelsi” və “Liverpul” arasında keçiriləcək UEFA Superkuboku matçını hakimi bəlli olub.
Həlledici qarşılaşmanı Fransa Futbol Federasiyasından Stefani Frappar idarə edəcək. Tarixdə ilk dəfə olaraq UEFA turnirində kişilərdən ibarət turnirin oyunu qadın hakimə həvalə olunub.
Qeyd edək ki, "Liverpul" Çempionlar liqasının, "Çelsi" isə UEFA Avropa liqasının sonuncu qalibidir.