“Tarix ABŞ və İsraili bağışlamayacaq” - ƏRDOĞAN

Baxış sayı:
4297

Taix ABŞ və İsraili bağışlamayacaq və dünya bunun şahidi olacaq.  APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Qəzzada onlarla fələstinlinin ölümü ilə nəticələnən toqquşmaları şərh edərkən bildirib.
“Taix ABŞ və İsraili bağışlamayacaq, biz bunun şahidi olacağıq... BMT qətnamələri beynəlxalq sazişlərlə təmin olunmuş Qüdsün statusunun dəyişməsinə yönələn istənilən addımları qadağa edir”, deyə Ərdoğan Londonda Böyük Britaniyanın baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında bildirib.   
Onun sözlərinə görə, Fələstindəki vəziyyətlə bağlı İƏT-in İstanbulda Türkiyənin təşəbbüsü ilə keçiriləcək fövqəladə sammiti bütün dünya üçün çox ciddi siqnal olacaq. Türkiyə prezidenti Fələstində zorakılığa son qoymaq üçün beynəlxalq ictimaiyyəti və BMT-ni təcili tədbirlər görməyə çağırıb.