​Tanışının kreditinə zamin duran qadın həbsdən buraxıldı

Tanışına kredit götürmək üçün zamin duran və kredit ödənilmədiyi üçün həbs edilən qadın azadlığa buraxılıb.
Bakı Apellyasiya Məhkəməsində “AtaBank”dan kredit götürən şəxsə zamin duran Lalə Bunyatovanın həbs edilməsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat yayıb.
Vəkil bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə L.Bünyatova barəsindəki qərar ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, “AtaBank”dan götürülən kreditə zamin duran Lalə Bunyatovanı 10 gün müddətinə inzibati qaydada həbs edib.
Buna səbəb isə onun zamin durduğu şəxsin banka 8701 manat borcu qalmasıdır.
Bank kredit borcu olan şəxsin özünü tapa bilməyib. L.Bunyatova “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşıdır. Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib.